Qatil həkim koronavirusu bəhanə edib azadlıq istədi - FOTO

Qatil həkim koronavirusu bəhanə edib azadlıq istədi - FOTO

Türkiyədə anestezioloq Ayşə Karamanı öldürən həkim Özgür Tarhan məhkəmədə koronavirusdan istifadə edib.

SONXEBER.AZ xəbər verir ki, Özgür Tarhan məhkəmdə ölkədə koronavirusun geniş yayıldığını və insanların həkim kimi ona ehtiyac duyduğunu bildirərək sərbəst buraxılmasını istəyib.

Məhkəmə keçmiş həkimin tələbini rədd edib.

Qeyd edək ki, Özgür Tarhan ilə eyni xəstəxanada işləyən Ayşə Karamanın meyiti onun evindən tapılıb.

Aysel Yusifqızı
Sonxeber.az

Mənbə: sonxeber.az