İsmayıllıda yanmış kişi meyiti tapılıb

İsmayıllıda yanmış kişi meyiti tapılıb

İsmayıllı rayonunda naməlum kişi meyiti tapılıb.

APA-nın yerli bürosunun xəbərinə görə, Tubikənd kəndinin sakinləri yol kənarındakı kol-koslu sahədə naməlum kişi meyitinin aşkarlanması barədə rayonun hüquq-mühafizə orqanlarına məlumat veriblər. Polis əməkdaşları və prokurorluq işçiləri əraziyə baxış keçirib. Yaşı təxminən 30-40 aralığında olan kişi meyiti yanmış vəziyyətdə olub. Onun başqa yerdə qətlə yetirilərək yandırıldığı və meyitin həmin əraziyə atıldığı ehtimal olunur.

Fakla bağlı İsmayıllı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Mənbə: apa.az