Koronavirusun ən çox yayıldığı üçüncü ölkə olan İspaniyada rekord rəqəmlər qeydə alınıb.
Publika.az xəbər verir ki, son sutka ərzində 6 min 120 nəfərdə infeksiya aşkarlanıb.
Bununla da ölkədə koronavirusa yoluxanların sayı 110 min 238-ə çatıb.
Son 24 saatda 616 ölüm gerçəkləşib, bununla da həyatını itirənlərin sayı 10 min 3-ə çıxıb.
Xəstəlikdən 26 min 743 nəfər sağalıb.
Zümrüd
Mənbə: publika.az