Türkiyədə koronavirusdan həyatını itirənlərin çoxu yaşlılardır - günlük statistika

Türkiyədə koronavirusdan həyatını itirənlərin çoxu yaşlılardır - günlük statistika

Türkiyədə koronavirusa yoluxanların sayı ümumilikdə 18135-ə, ölənlərin sayı 356-ya çatıb, onlardan 79-u bu gün dünyasını dəyişib

BAKI, 2 aprel - Sputnik. Türkiyədə koronavirusa yoluxan xəstələrdən 82-si sağalıb.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Türkiyə Səhiyə naziri Fahrettin Koca Twitter səhifəsində yazıb.

"Dünənlə müqayisədə test sayı 4000 qədər artdı. Müsbət nəticələr isə faizlə götürəndə azalıb. 82 xəstəmiz sağalıb. Son 24 saat ərzində həyatını itirən xəstələrin 82%-nin yaşı 60-dan yuxarı olub", - deyə nazir bildirib.

​Türkiyədə koronavirusa yoluxanların sayı ümumilikdə 18135-ə, ölənlərin sayı 356-ya çatıb, onlardan 79-u bu gün dünyasını dəyişib. 1101 nəfər reanimasiyadadır, 415 adam isə sağalıb.

Mənbə: sputnik.az