Almaniyada indiyədək 1001 nəfər koronavirusdan ölüb

Almaniyada indiyədək 1001 nəfər koronavirusdan ölüb

Almaniyada yeni növ koronavirusdan ölənlərin sayı 1000 nəfəri keçib. Ölkədə son bir gündə 142 nəfər virusdan ölüb, 6,5 mindən çox adam yoluxub.

APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə “N-tv kanalı” Almaniyanın federal əyalətlərinin səhiyyə və sosial işlər nazirliklərindən alınan məlumatlar əsasında bildirib.

Kanalın hesablamalarına görə, bu günədək 1001 Almaniya vətəndaşı xəstəliyin qurbanı olub. Ölkədə virusa yoluxanların sayı isə 79 450 nəfərə çatıb.

Almaniyada koronavirusun yayılmasının episentri Bavariyadır, burada 19 153 nəfər yoluxub. Daha sonra Şimali Reyn – Vestfaliya və Baden-Vürttemberq (17 614 və 15 971) gəlir.

Mənbə: apa.az