ABŞ-da virusdan rekord sayda insan öldü

ABŞ-da virusdan rekord sayda insan öldü

ABŞ-da koronavirusdan ölənlərin sayı 5926-ya çatıb. “Qafqazinfo” “RİA Novosti”yə istinadən bildirir ki, bu barədə Con Hopkins Universiteti məlumat verib.

“Frans Press” agentliyi şəxsi hesablamalarına istinadən xəbər verir ki, beləliklə, ABŞ-da son 24 saat ərzində 1169 koronaviruslu xəstə dünyasını dəyişib.

Bu, bir ölkədə koronavirusdan ölənlərin sayına görə rekord göstəricidir. Daha əvvəlki “rekord” İtaliyaya məxsus idi. Burada martın 27-də 969 ölüm halı qeydə alınmışdı.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı martın 11-də koronavirusu pandemiya elan edib. İndiyədək dünyada 900 mindən çox insan bu virusa yoluxub, 45 mindən çox pasiyent dünyasını dəyişib.

 

Mənbə: qafqazinfo.az