Türkiyənin Hatay vilayətinin İskenderun mahalında əyləci işləməyən TIR çox sayda nəqliyyat vasitəsini əzərək qəza yaradıb.
“Anadolu” agentliyi məlumat verir ki, TIR polis məntəqəsi qarşısında vasitələrə dəyərək dayanıb.
TIR-ın çırpıldığı 10-a yaxın nəqliyyat vasitəsində çox sayda insan yaralanıb. Yaralılar hadisə yerinə gələn təcili yardım maşınları ilə xəstəxanalara göndərilib.
Mənbə: www.oxu.az