Bakıda qonşusu ilə mübahisə edən şəxs bıçaqlanıb

Bakıda qonşusu ilə mübahisə edən şəxs bıçaqlanıb

Bakının Binəqədi rayonunda bıçaqlanma olub.

APA xəbər verir ki, hadisə keçmiş Xutor yaşayış massivində qeydə alınıb.

1960-cı il təvəllüdlü Salmanov Şair Mehman oğlu sərxoş vəziyyətdə qonşusu ilə mübahisə edib. Nəticədə həmin şəxs bıçaqla ona xəsarətlər yetirib.

Ş.Salmanov alnının kəsilmiş-deşilmiş yaraları diaqnozu 1 saylı Xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Binəqədi RPİ-nin 7-ci Polis Bölməsi tərəfindən araşdırma aparılır.

Mənbə: apa.az