Litvada koronavirusa yoluxanların sayı 649 nəfərə çatıb

Litvada koronavirusa yoluxanların sayı 649 nəfərə çatıb

Vilnüs, 3 aprel, AZƏRTAC

Litvada koronavirusa (COVID-19) yoluxanların sayı 68 nəfər artaraq 649-a çatıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Litvanın Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, epidemiyanın yayıldığı tarixdən bəri ölkədə 15 min 635 nəfər müayinə olunub. Son sutka ərzində COVID-19 virusuna görə 2444 nəfərin analizindən 68-nin nəticəsi xəstəliyə yoluxmanı təsdiqləyib.

Virusa yoluxma hallarının artacağı istisna olunmur.

Qeyd edək ki, ölkədə bu günə qədər koronavirusdan 9 nəfər ölüb.

Mənbə: azertag.az