Bakı. Trend:
Qırğızıstanda yeni növ koronavirusa (COVİD-19) daha 9 nəfər yoluxub.
Trend-in "Kabar"a istinadən verdiyi məlumata görə, bu barədə COVİD-19 ilə mübarizə üzrə Respublika Qərargahından bildiriblər.
Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 125 nəfər çatıb, onlardan 4-nün vəziyyəti ağırdır.
Bundan əlavə, aprelin 2-si Oşsk vilayətində 61 yaşlı koronavirus xəstəsi dünyasını dəyişib. Bu, ölkədə koronavirusdan ilk ölüm halıdır.
Mənbə: az.trend.az