Meksikada koronavirus qurbanlarının sayı 50 nəfərə çatdı

Meksikada koronavirus qurbanlarının sayı 50 nəfərə çatdı

Meksikada koronavirusa 1 500-dən çox yeni yoluxma qeydə alınıb.

“Report” RİA ”Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin rəsmisi bildirib.

"Koronavirusa yoluxma ilə bağlı təsdiq edilmiş halların sayı 1 510-a çatdı, 4 653 şübhəli hal araşdırılır, 7 822 xəstəlik testi mənfi nəticə verib, pandemiya qurbanlarının sayı 50-ə çatıb", - deyə Meksikanın Səhiyyə Nazirliyinin Epidemiologiya Şöbəsinin direktoru Xose Luis Alomia gündəlik mətbuat konfransının gedişatında bildirib.

Qeyd edək ki, bundan əvvəl 1 378 müsbət diaqnoz və 37 ölüm haqqında bildirilib.

Ümumdünya Səhiyyə Təşkilatı COVID-19-u pandemiya elan edib. Koronavirus ilk dəfə 2019-cu ilin sonlarında Mərkəzi Çinin Uhan şəhərində aşkarlanıb.

Mənbə: report.az