Daha bir ölkədə “COVID-19”dan yoluxanların sayı 6 min 857-ə çatdı

Daha bir ölkədə “COVID-19”dan yoluxanların sayı 6 min 857-ə çatdı

Qlobal böhrana çevrilən koronavirus bütün dünyaya yoluxmaqda və can almaqda davam edir.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, İsraildə yeni növ koronavirus (COVID-19) yoluxanların sayında artım baş verib.

Belə ki, Səhiyyə Nazirliyinin yazılı açıqlamasında, son 24 saatda “COVİD-19” diaqnozu qoyulan 10 xəstənin öldüyünü açıqlayıb. Beləliklə, ümumi koronavirusdan ölənlərin sayı 36-ya, yoluxanların sayı isə bir gündə 640 nəfər artaraq 6 min 857-ə yüksəlib.

Açıqlamada, ölən şəxlərin ortalama yaşı 78 bildirilib. Həmçinin də, koronavirusdan əziyyət çəkən 108 xəstənin vəziyyətinin ağır olduğu və 338 adamın sağaldığı qeyd olunub.

İsraildə, “COVID-19” tədbirləri çərçivəsində bütün məktəblərdə təhsil dayandırılıb, daha çox adamın toplaşması qadağan edilib.

Mənbə: www.unikal.org