Koronavirusla bağlı ölkəsində həqiqətlərin gizlədildiyini deyən həkim saxlanıldı...

Koronavirusla bağlı ölkəsində həqiqətlərin gizlədildiyini deyən həkim saxlanıldı...

Həkim Vasilyeva Rusiyada koronavirusun yayılma miqyasının gizlədildiyini və virusa yoluxanların sətəlcəm xəstəsi kimi qeydə alındığını bildirib...

Moderator.az xəbər verir ki, Rusiya Həkimlər Birliyinin direktoru Anastasiya Vasilyeva Rusiyada koronavirus epidemiyası ilə bağlı yalan məlumat yayması iddiasıyla həbs edilib. O, özünün “twitter” hesabında bildirib ki, Novqorod şəhərində polisin müdaxiləsindən sonra yerə yıxılıb və bölməyə aparılıb.

Rusiya Həkimlər Birliyi isə Vasilyevanın sosoial şəbəkədə koronavirus pandemiyası ilə bağlı yalan məlumat yaydığı üçün istintaqa çağırıldığını açıqlayıb.

Vasif Əlihüseyn

Mənbə: moderator.az