Məşhur oftalmoloq koronavirusdan öldü

Məşhur oftalmoloq koronavirusdan öldü

Türkiyənin tanınmış oftalmoloqu Nürəddin Mutluərgil koronavirusdan ölüb.

SONXEBER.AZ Türkiyə mətbuatına istinadən bildirir ki, həkim və CHP-nın Kütahya rayon təşkilatının sədri Zeliha Aksaz uzun müddət Kütahya Dövlət Xəstəxanasında işləyən, daha sonra İstanbulda fəaliyyətini davam etdirən oftalmoloq Nürəddin Mutluərgil koronavirusdan dünyasını dəyişdiyi barədə məlumat verib.

Daha sonra Nürəddin Mutluərgilin ailəsinə və yaxınlarına səbir arzulayıb.

Qeyd edək ki, iki gün ərzində Türkiyənin tanınmış prosessorları Cemil Taşçıoğlu və Feriha Öz də koronavirusdan dünyasını dəyişib.

Aysel Yusifqızı
Sonxeber.az

Mənbə: sonxeber.az