Birlikdə yaşadığı qadını girov götürən şəxs “koronavirusam” deyib polisə tüpürdü - VİDEO

Birlikdə yaşadığı qadını girov götürən şəxs “koronavirusam” deyib polisə tüpürdü - VİDEO

Türkiyənin Antalya şəhərində 46 yaşlı keçmiş zabit Əbubəkr D. birlikdə yaşadığı 40 yaşlı Karmen V.-ni silahla təhdid edərək girov götürüb.

“HaberGlobal”ın məlumatına görə, bundan əvvəl həmin şəxs birlikdə yaşadığı qadınla mübahisə edib.

Daha sonra qadını silahla öldürməklə hədələyib. Bu zaman qadın digər otağa keçərək, qapını bağlayıb və polisə zəng edib.

Hadisə yerinə polislər, fövqəladə hallar üzrə mütəxəssislər və tibb işçiləri gəlib.

Əbubəkr D. onu nəzarətə götürən polislərə “mən koronavirusa yoluxmuşam, siz də yoluxun” deyərək, onlara tərəf tüpürüb.

Mənbə: milletinsesi.info