Tovuzda 47 yaşlı kişi zəhərləndi

Tovuzda 47 yaşlı kişi zəhərləndi

Tovuz rayonunda zəhərlənmə hadisəsi baş verib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, Tovuz rayon Aşağı Quşçu kənd sakini (şəxsiyyəti dəqiqləşdirilir-red) içdiyi alkoqoldan zəhərlənib.

O, yaxınları tərəfindən xəstəxanaya yerləşdirilib. Hazırda onun vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: report.az