Ziyarətdən gələn koronavirus xəstəsi atasının, bacısının ölümünə səbəb oldu

Ziyarətdən gələn koronavirus xəstəsi atasının, bacısının ölümünə səbəb oldu

Türkiyə səhiyyə naziri Fahrettin Kocaya bu gün baş tutmuş brifinqdə verilən suallardan biri də Məkkə ziyarətindən gələnlərlə bağlı olub.

KONKRET.az xəbər verir ki, qardaş ölkədə belə fikir var ki, həmin şəxslər çox adamı virusa yoluxdurub. Fahrettin Koca isə iddianı rədd edib. Lakin Türkiyə Təbiblər Birliyinin məsul şəxslərindən biri başqa fikir söyləyib:

Filiz Ünal konyalı türk vətəndaşının Məkkə ziyarətindən gələrək 257 nəfəri virusa yoluxdurduğunu söyləyib. Onun sözlərinə görə, həmin şəxs 5 nəfərin ölümünə səbəb olub. Virus daşıyıcısı yaxınlarından atası, əmisi, bacısını da itirib.

Türkiyədə indiyə qədər 20 mindən çox insanda koronavirus aşkarlanıb. Həmin şəxslərin 425-i həyatını itirib.

Ümumdünya Səhiyyə Təşkilatının son məlumatına görə, dünyada 1 milyon 80 mindən çox insanda virus aşkar edilib. Onların azı 58 mini həyatla vidalaşıb.

Bizimyol.info

Mənbə: konkret.az