104 yaşlı müharibə veteranı doğum günündə koronavirusa qalib gəldi - Video

104 yaşlı müharibə veteranı doğum günündə koronavirusa qalib gəldi  - Video

İkinci Dünya müharibəsinin 104 yaşlı veteranı Uilyam Lepşis doğum günündə koronavirusa qalib gəlib. “Qafqazinfo”nun məlumatına görə, bu barədə “CBS News” xəbər verib.

Uilyam Lepşis koronavirusa ABŞ-ın Oreqon ştatında yerləşən veteranlar evində yoluxub. İlk simptomları o, martın 5-də hiss edib, daha sonra otağında özünü təcrid edib. Bir aydan az müddətdə o, tamamilə sağalıb.

Çərşənbə günü, aprelin 1-də amerikalı 104-cü doğum gününü qeyd edib. Həmin gün onun yanına ailəsi gəlib, lakin onlar ahılı uzaq məsafədən təbrik etməli olub. Hazırda koronavirus pandemiyasının yayılması səbəbindən ora daxil olmaq qadağan olunub. Belə ki, orada 15 koronavirusa yoluxma halı qeydə alınıb, iki sakin dünyasını dəyişib.

Qohumlarının ziyarəti zamanı Lepşis özünü yaxşı hiss etdiyini deyib. “Mən bunu etdim”, - telekanal onun sözlərini sitat gətirir.

Mənbə: qafqazinfo.az