Misirdə son bir sutkada yeni növ koronavirusdan 8 nəfər dünyasını dəyişib

Misirdə son bir sutkada yeni növ koronavirusdan 8 nəfər dünyasını dəyişib

Qahirə, 4 aprel, AZƏRTAC

Misirdə COVID-19 virusundan ölənlərin sayı 66 nəfərə çatıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Misirin Səhiyyə Nazirliyi məlumat yayıb. Qeyd edilib ki, son bir sutkada xəstəlikdən daha 8 nəfər dünyasını dəyişib. Həyatını itirənlərin biri əcnəbi, yeddisi Misir vətəndaşlarıdır.

Məlumatda bildirilib ki, aprelin 3-də ölkədə koronavirusa rekorda sayda - 120 yeni yoluxma halı qeydə alınıb və beləliklə, xəstələrin ümumi sayı 985 nəfərə çatıb. Yoluxanların üç nəfəri əcnəbilərdir. COVID-19 virusuna yeni yoluxma halları ən çox Qahirədə (155 nəfər) və İsgəndəriyyədə (105 nəfər) qeydə alınıb. Kurort zonası olan Şimali Sinayda koronavirusa yoluxan yoxdur.

Misirin Baş Naziri Mustafa Madbuli qeyd edib ki, son həftə ərzində koronavirusa gündəlik orta hesabla 30-40 nəfər yoluxub.

Mənbə: azertag.az