Narkotik vasitənin təsiri altında sərnişin daşıyan sürücü kimdir?

Narkotik vasitənin təsiri altında sərnişin daşıyan sürücü kimdir?

Bakıdan Astaraya sərnişin aparan zaman yol polisi tərəfindən saxlanılan şəxsin üzərindən narkotik maddə aşkar olunub.

“Yeni Sabah”ın məlumatına görə, Suraxanı Rayon Məhkəməsinin hakimi Tural Məmmədovun sədrliyi ilə Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda narkotik vasitələrin saxlanılması, satışı) maddəsi ilə təqsirləndirilən Abasov Əvəz Əliabas oğlunun həbs qətimkan tədbirinin müddətinin uzadılması məsələsinə baxılacaq.

Xatırladaq ki, 2019-cu ilin iyul ayında Astara Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları güclü təsiredici narkotik vasitənin təsiri altında sərnişin daşıyan sürücünü saxlayıb. Eyni zamanda onun idarə etdiyi avtomobildən də narkotik vasitə aşkarlanıb.

“Tofaş” markalı avtomobillə Bakıdan Astaraya sərnişin daşıyan Bakı şəhəri Bülbülə qəsəbəsinin sakini Əvəz Abbasov təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün Astara şəhəri ərazisində dövlət yol polisi əməkdaşları tərəfindən saxlanılıb. Bu zaman nəqliyyat vasitəsini idarə etmək üçün ona verilən etibarnamənin vaxtının bitdiyi, avtomaşının isə texniki baxışdan keçmədiyi müəyyən edilib.

Həmçinin hərəkətləri şübhə doğurduğu üçün o tibbi müayinəyə dəvət edilib. Ə. Abbasovun avtomobili narkotik vasitənin təsiri altında idarə etdiyi məlum olub. Polis əməkdaşları tərəfindən keçirilən baxış zamanı onun idarə etdiyi avtomobildən də narkotik vasitə və bir ədəd şpris aşkar edilərək götürülüb.

Mənbə: yenisabah.az