İspaniyanın bu şəhərində koronavirus xəstəsi yoxdur - Özlərini necə qorudular?

 İspaniyanın bu şəhərində koronavirus xəstəsi yoxdur - Özlərini necə qorudular?

İspaniyada bu günə qədər koronavirus hadisələrinin qeydə alınmadığı bir şəhər var, baxmayaraq ki, ölkə infeksiyanın yayılmasında üçüncü yeri tutur.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı CNN telekanalı yayıb.

Mənbə bildirir ki, 1500 nəfərdən az əhalisi olan Andalusiyanın Saare de la Sierre şəhərinin dörddə biri təqaüdçü olanlar özlərini koronavirusun yayılması təhlükəsindən tamamilə qoruya bilib.

Hər şey şəhərin bənzərsiz yerdə yerləşməsindən asılı olub.

Orta əsrlərdə də düşmənlər qala divarları və qurulduğu təpə sayəsində bura daxil ola bilməyiblər.

Ötən ayın ortalarında Santyaqo Qalvan şəhərinin meri Saare de la Sierre şəhərinə aparan beş yoldan dördünü bağlayaraq təcrid etməyi əmr edib. Beşincidə isə polis kordonlarını qoyub. Bu yol boyunca şəhərə ərzaq və zəruri mallar gətirməyə davam ediblər.

Girişdən əvvəl bütün yük maşınları yaxşıca yuyulur və dezinfeksiya edilir.

Bu günə qədər Saare de la Sierrada bir dənə də olsun COVID-19 xəstəsi yoxdur.

Babək Göyüş

KONKRET.az

Mənbə: konkret.az