Bu gecə bir bankomat partladıldı – Oğrular pulu apara bilmədilər

Bu gecə bir bankomat partladıldı – Oğrular pulu apara bilmədilər

Ukraynanın Luqansk vilayətinin Rubejnoye şəhərində naməlum təcavüzkarlar “Oschadbank”ın bankomatını partladıb.

KONKRET.az xəbər verir ki, bu barədə 4 aprel şənbə günü Milli Polis İdarəsinin regional şöbəsi məlumat yayıb.

“Bu gün səhər saat 5:00 radələrində Rubejnoye şəhərində, Vladimirskaya küçəsində naməlum şəxslərin “Oschadbank”ın ATM-ni partlatdığı barədə bir mesaj gəldi. Hadisə yerində istintaq və əməliyyat qrupu işləyir” deyib.

Polis soyğunçuların pul aparıb-aparmadıqlarını dəqiqləşdirməyib, dağılan bankomatdan yayımlanan fotoşəkildə 500 qrivnadan ibarət səpələnmiş əskinaslar görünür.

Babək Göyüş

KONKRET.az

Mənbə: konkret.az