Qazaxıstanda 4-cü xəstə koronavirusdan öldü

Qazaxıstanda 4-cü xəstə koronavirusdan öldü

İldırım Musayev, Mərkəzi Asiya ölkələri üzrə xüsusi müxbir

Bu gün Qazaxıstanın Türküstan bölgəsində koronavirusdan dördüncü xəstə ölüb.

KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, bu barədə ölkənin əməliyyat qərargahından məlumat verilib.

Türkistan bölgəsinin baş sanitar mütəxəssisi Nurımbet Nişanov zakon.kz-ə bölgədə koronavirusdan ölən ilk xəstə barədə məlumat verib.

Xəstənin 64 yaşı var idi.

“Bir kişi bir aydır Almatı vilayətinin Karasay rayonunda qonaq olub və xəstəliyini gizlədib. 15 martda avtobusla evə qayıdıb.

26 martda özünü pis hiss edib və xəstəxanaya yerləşdirilib. Jetysaysk rayon xəstəxanasının terapev şöbəsində müalicə alıb” deyib Nişanov.

Onun sözlərinə görə, müalicə nəticə verməyib və xəstənin vəziyyəti pisləşib.

Martın 29-da xəstə sətəlcəm, nəfəs darlığı diaqnozu ilə yoluxucu xəstəliklər şöbəsinə köçürülüb.

O, həmçinin diabetdən əziyyət çəkirdi. Laboratoriya testlərindən sonra COVID-19 təsdiqlənib. Əlaqə dairəsində 25 yaxın və 40 potensial insan var” deyib.

Hazırda Qazaxıstanda 500 koronavirus qeydiyyatı təsdiqlənib, onlardan 4 nəfər ölüb.

KONKRET.az

Mənbə: konkret.az