Baş toksikoloq: “Dəm qazından zəhərlənmələr azalıb”

Baş toksikoloq:  “Dəm qazından zəhərlənmələr azalıb”

Dəm qazı ilə zəhərlənmələr azalıb. Son günlər bununla əlaqədar müraciətlər olmur. Olanlara isə evdə yardım edilir.

Bunu

Azvision.az -a açıqlamasında ölkənin baş toksikoloqu, Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinin baş həkimi Azər Maqsudov deyib.

Onun sözlərinə görə, aprelin 1-dən bu günə qədər 2 nəfər sirkə turşusu zəhərlənməsi ilə bağlı müraciət edib.

“Hazırda şöbədə 8 xəstə var. Onlardan 2-si sirkə turşusu zəhərlənməsi, 3-ü dərman zəhərlənməsi, 3-ü isə allergik reaksiya ilə əlaqədar müraciət edənlərdir. Onların müalicəsi davam edir”.

Aytən Zəhra

Mənbə: azvision.az