Hindistanda tibb işçilərinə hücum; Xəsarət alanlar var - Video

Hindistanda tibb işçilərinə hücum; Xəsarət alanlar var - Video

Eastnews.org-un verdiyi xəbərə görə, Hindistanda yeni növ koronavirus "COVID-19" ilə mübarizə aparan tibb işçiləri hücuma məruz qalıb.

Olay Madya Pradeş əyalətinin İndore şəhərində baş verib.
Hücum nəticəsində tibb əməkdaşı olan 2 qadın xəsarət alıb.
Hadisə şahidləri tibb işçilərinin bölgədə koronavirusa yoluxmuş şəxs olduğu barədə məlumat aldıqdansonra bölgəyə gəldikləri zaman hücuma məruz qaldıqlarını bildirib.

Bunun tibb işçilərinə qarşı ilk hücum olmadığı, daha əvvəllər də belə halların olduğu vurğulanıb.
Qeyd edək ki, Hindistanda "COVID-19"a yoluxanların sayı 2567, bu pandemiyadan ölənlərin sayı isə 72-yə çatıb.

Mənbə: İHA

Mənbə: eastnews.org