İranda koronavirusun müalicəsini tapdığını iddia edən din adamı tutulub

İranda koronavirusun müalicəsini tapdığını iddia edən din adamı tutulub

Sosial media hesabından yayımladığı videolarda dövlətin və həkimlərin gördüyü tədbirləri aşağılayan "Murtəza Köhənsal" adlı din adamı Gilanda polis tərəfindən saxlanılıb.

Metbuat.az xəbər verir ki, bu barədə İranın rəsmi xəbər agentliyi İRNA məlumat yayıb. 2 həftə öncə paylaşdığı videolarda görülür ki, din adamı qoruyucu geyim və maska olmadan koronavirus xəstələrinin olduğu xəstəxanaya gedir və xəstələrin dodağına xüsusi bir maddə sürtür.

Din adamı koronavirusu "İslam tibb üsulları ilə müalicə etdiyini" iddia edirmiş.

Mənbə: metbuat.az