Bakıda qoca kişi özünü 9-cu mərtəbədən atıb

Bakıda qoca kişi özünü 9-cu mərtəbədən atıb

Bakıda intihar hadisəsi baş verib.

Milli.Az mediapost-a istinadən xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonunda qeydə alınıb. Təxmininən 65-70 yaşlarında, kimliyi məlum olmayan yaşlı kişi rayonun Yeni Yasamal qəsəbəsinin 29-cu Polis Bölməsi yaxınlığında yerləşən çoxmərtəbəli binanın 9-cu mərtəbəsindən ataraq intihar edib.

O aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Hazırda şəxsin kimliyinin müəyyən edilməsi və intihar səbəbələrinin ətrafında araşdırma aparılır.

Faktla bağlı Yasamal rayon Prokurorluğunda cinayət işi açılıb.

Milli.Az

Mənbə: news.milli.az