Ərzaq almaq istədi, oğlunu mağazaya buraxmadılar - FOTO / VIDEO

Ərzaq almaq istədi, oğlunu mağazaya buraxmadılar - FOTO / VIDEO

İngiltərədə gənc qadına övladını marketin girişində qoyub sonra içəri girməyini istəyiblər.

Metbuat.az xəbər verir ki, 39 yaşlı Alexa Bovyer karantin şəraitində onlara verilən yemək talonları ilə ərzaq almaq üçün azyaşlı oğlu ilə birlikdə mağazaya gedib.

Uzun növbədən sonra ərzaq almaq sırası Alexa- ya çatır. Amma mağazanın təhlükəsizlik işçisi tərəfindən " koronavirus qaydaları" səbəbiylə ona övladını içəri buraxmayacaqlarını, uşağı mağazanın giriş qapısındakı bir skamyada qoyulması təklif edilib.

Qadın özünü az qala ''cinayətkar'' kimi hiss edib. O, uşağını küçədə qoymamaq üçün alış-veriş etmədən evinə qayıdıb. Bovyer nahar vaxtı mağazanın kənarında yenidən növbəyə durur. Lakin girişə çatdıqda, ona oğlunu özü ilə birlikdə qəbul edə bilməyəcəyini söyləyiblər. İşçilər bildiriblər ki bu qayda mağazanın daxili siyasətidir.

 

Səbəb isə odur ki, ona oğlunu içəriyə aparmaqla uşağın koronavirus xəstəliyinə tutulma şansını arta bilər. Etdiyi iki cəhdən sonra əliboş qalan qadın məcbur olub mağazanın menecerinə müraciət edib. Uzun cəhddən sonra qadına bu dəfəlik ərzaq almaq üçün imkan yaradıblar.

Məlumat üçün bildirək ki, Britaniyada 38 min nəfər koronavirusa yoluxub. Onlardan 163 nəfərin vəziyyəti kritikdir.Bugünə kimi 3mindən çox adam isə Britaniyada virusdan həyatını itirib.

 

 

Mənbə: metbuat.az