Gürcüstanda koronavirusdan ölən qadın azərbaycanlıdır - YENİLƏNİB

Gürcüstanda koronavirusdan ölən qadın azərbaycanlıdır -  YENİLƏNİB

Gürcüstanda koronavirusdan ilk ölüm faktı qeydə alınıb. Azvision.az xəbər verir ki, bu barədə jurnalistlərə Tbilisi Dövlət Tibb Universitetinin 1 saylı klinikasının direktoru Levan Ratiani bildirib. Onun sözlərinə görə, ürək çatışmazlığından əziyyət çəkən 79 yaşlı qadın dünyasını dəyişib.

Gürcüstan KİV-lərinin yaydığı məlumata əsasən, ölkədə koronavirusdan ölən qadın əslən azərbaycanlıdır. Həmin şəxs Marneuli rayonunun Kəpənəkçi kəndinin sakinidir.

Şahanə Rəhimli

Mənbə: azvision.az