ABŞ-da koronavirus: son gündə 1480 ölüm, 35.000-dən çox yeni yoluxma halı

ABŞ-da koronavirus: son gündə 1480 ölüm, 35.000-dən çox yeni yoluxma halı

Johns Hopkins Universiteti tərəfindən yayımlanan məlumata əsasən, ABŞ-da koronavirusdan ölənlərin sayı 7159 nəfər olub.
Son 24 saat ərzində 1480 ölüm halı qeydə alınıb.
Bu, ABŞ-da epidemiyanın başlanmasından bəri qeydə alınan ən böyük ölüm halı sayılır. Bu həm də gün ərzində bir ölkədə qeydə alınan ən çox ölüm halıdır.
ABŞ-da son 24 saat ərzində 35.000-dən çox yeni COVID-19 yoluxma faktı aşkarlanıb və bu ölkədə rəsmi təsdiqlənmiş xəstələrin sayı 278 458-ə çatıb.
Hazırda ABŞ koronavirusa yoluxma hallarının sayına görə lider ölkədir.
Bu say dünya üzrə rəsmi qeydə alınmış COVID-19 yoluxan xəstələrin dörddə birini təşkil edir.
Amerika Birləşmiş Ştatları ən çox təsdiqlənmiş halların sayına görə ölkədir - bunlar dünya infeksiyasının dörddə birini təşkil edir.
Amerika epidemiyasının mərkəzi Nyu Yorkdadır. Yalnız şəhərdə 1867-dən çox ölüm qeyd edilib.
Epidemiya başlayandan bəri 9897 xəstənin isə sağaldığı deyilir.
Nizami

Mənbə: arqument.az