Rusiyada 230-dan çox uşaq koronavirusa yoluxub

Rusiyada 230-dan çox uşaq koronavirusa yoluxub

Rusiyada uşaqlar arasında koronavirus infeksiyasına 235 yoluxma faktı qeydə alınıb. Azvision.az xəbər verir ki, bu barədə Rusiya İstehlakçıların Hüquqlarının Müdafiəsi və İnsan Rifahı Federal Xidmətinin rəhbəri Anna Popova məlumat verib.

"Bu günə qədər Rusiya Federasiyasında uşaqlar arasında 235 yoluxma olub. Onlardan 17 nəfərində sətəlcəm aşkar edilib. Xoşbəxtlikdən vəziyyəti ağır olan yoxdur. Lakin bu gün 41 uşaqda kəskin respirator virus xəstəliyinin yüngül və orta dərəcədə əlamətləri müəyyən edilib", -deyə Popova bildirib.

Şahanə Rəhimli

Mənbə: azvision.az