Salyanda avtomobil 17 yaşlı velosipedçini vurdu

Salyanda avtomobil 17 yaşlı velosipedçini vurdu

Salyan rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə bu gün axşam saatlarında köhnə Ələt-Astara magistral yolunun rayonun Qızılağac kənd ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Ford” markalı avtomobil velosiped sürən, rayonun Qızılağac kənd sakini, 2003-cü il təvəllüdlü Cavadov Eltac Səxavət oğlunu vurub.

Qəza nəticəsində müxtəlif bədən xəsarətləri alan velosipedçi Salyan Mərkəzi Rayon Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib

Faktla bağlı araşdırma aparılır.

Mənbə: report.az