Reuters
Braziliyada pandemiya qurbanlarının sayı artmaqda davam edir.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Cənubi Amerika Respublikasının Səhiyyə Nazirliyi məlumat yayıb.
Belə ki, ölkədə koronavirusa yoluxanların rəsmi sayı 10 278 nəfərə yüksəlib. Təkcə son 24 saat ərzində 1 222 nəfərdə koronovirus aşkarlanıb.
Ölənlərin sayı əvvəlki günlə müqayisədə 20% artaraq 431-ə çatıb.
2020-ci ilin ilk 13 həftəsində, ölkədə kəskin tənəffüs sindromu olan 27 773 xəstə tibb müəssisələrinə müraciət edib, onlardan yalnız 2 131 nəfərində COVID-19-a yoluxma təsdiqlənib.
Koronavirusa yoluxanların 60% -dən çoxu ölkənin cənub-şərq bölgəsində yaşayır
Mənbə: report.az