Azərbaycanda ailə münaqişəsi - Qadının əl və ayaqları yandı

Azərbaycanda ailə münaqişəsi - Qadının əl və ayaqları yandı

Gəncə şəhərində 34 yaşlı qadın yanıq xəsarətləri alıb. Hadisə şəhərin Zərdabi küçəsində qeydə alınıb.

Gəncə şəhər sakini, 34 yaşlı K.Abbasova qol və ayaq nahiyəsindən yanıq xəsarətləri alıb. Qadın Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Ona həkimlər tərəfindən tibbi yardım göstərilib və hazırda vəziyyətinin kafi olduğu bildirilir. İlkin məlumatlara görə, qadın ailə daxili münaqişə zəminində yanıq xəsarətləri alıb.

Faktla bağlı araşdırma aparılır.(Report)

Mənbə: publika.az