Şəkil çəkdirmək istədi, həyatından oldu - FOTO

Şəkil çəkdirmək istədi, həyatından oldu - FOTO

Türkiyənin Kayseri əyalətində şəkil çəkdirmək üçün qayaya çıxan 30 yaşlı Yunus Vicdanlıer adlı şəxs dünyasını dəyişib.

Axşam.az xəbər verir ki, 18 metr yüksəkliyə qalxan Yunusun qəfil ayağının altından qaya parçası qopub. O, sürüşərək uçuruma yuvarlanıb.

Gənci dostları xəstəxanaya çatdırsalar da, amma onun həyatını xilas etmək mümkün olmayıb.

 

Mənbə: axsam.az