Kişi özünü dəfələrlə bıçaqladı - VİDEO

Kişi özünü dəfələrlə bıçaqladı - VİDEO

Rusiyada bir kişi avtomobilin üzərinə qalxaraq özünə bıçaq zərbələri endirdi, polis son anda onu zərərsizləşdirdi.

Sfera.az "YPX.AZ"a istinadən xəbər verir ki, yarı-çılpaq bir kişi avtomobilin üzərinə qalxaraq özünə bıçaq zərbələri endirməyə başlayıb. Ətrafdakı polislər kişini sakitləşdirib, zərərsizləşdirməyə çalışsalar da, kişi qışqırıb və yaxınlaşmayın deyərək yenidən özünə bıçaq zərbələri endirib. Kişinin özünü bıçaqlaması nəticəsində üzərinə qalxdığı avtomobilin damı qanlar içində qalıb.

Sonradan əli bıçaqlı kişi müvazinətini itirərək yerə yıxılıb və polislər cəld tərpənərək onu zərərsizləşdirməyi bacarıblar.

Həmin dəhşət dolu görüntüləri sizlərə təqdim edirik:

Mənbə: sfera.az