Koronaviruslu xəstə karantindən qaçıb 33 sərnişin olan avtobusa mindi...

Koronaviruslu xəstə karantindən qaçıb 33 sərnişin olan avtobusa mindi...

İsrail polisi karantindən qaçan bir koronavirus xəstəsini həbs edib.

Moderator.az xəbər verir ki, bu barədə "The Times of Israel" nəşri məlumat yayıb.

Qeyd olunur ki, Qüds yaxınlığındakı 30 yaşlı Beytar-Illit sakini 13 gün əvvəl xaricdən qayıdıb və ona koronavirus diaqnozu qoyulub. Buna baxmayaraq kişi karantindən qaçıb və Qüdsə yollanan avtobusa minib. Avtobusda qaçqın koronaviruslu xəstədən əlavə 33 sərnişin olub. Onlara özlərini təcrid etmək tapşırılıb.

Avtobus sürücüsü də nəqliyyat qaydalarını pozduğuna görə 5 min şekel cərimə olunub. Onun avtobusunda 34 sərnişin olub, karantin qaydalara görə isə bu cür ictimai nəqliyyat vasitəsi cəmi 25 nəfəri daşımalıdır.

Sultan Laçın

Mənbə: moderator.az