Sumqayıtda avtomobil ağaca çırpıldı, xəsarət alan var

Sumqayıtda avtomobil ağaca çırpıldı, xəsarət alan var

Sumqayıtda xəsarətlə nəticələnən yol qəzası baş verib.

“Report”un məlumatına görə, minik avtomobili idarəetmədən çıxaraq əvvəlcə ağaca, sonra isə yol kənarındakı maneələrə çırpılıb.

Hadisə zamanı sürücünün həyat yoldaşı, 1987-ci il təvəllüdlü Sumqayıt sakini Hüseynova Fərqiyyə İkram qızı ağır bədən xəsarətləri alıb.

Yaralı əvvəlcə xəstəxanaya çatdırılıb, lakin vəziyyəti ağır olduğundan Bakıdakı xəstəxanalardan birinə göndərilib. Müayinə zamanı ona bədənin müştərək və qapalı onurğa – boyun fəqərə sümüyünün travması diaqnozları qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Ramin Şahbazov

Mənbə: report.az