Azərbaycanda “07” zibil maşınına çırpıldı, xəsarət alan var

Azərbaycanda “07” zibil maşınına çırpıldı,  xəsarət alan var

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

Pravda.az-ın xəbərinə görə, hadisə şəhərin Cavad Xan qəsəbəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “VAZ 2107” markalı minik avtomobili “KamAZ” markalı zibil maşınına çırpılıb. Qəza zamanı minik maşınının sürücüsü Abbasov Ədalət Qulu oğlu xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.APA

Mənbə: pravda.az