Almaniyada koronavirusa yoluxanların sayı 95 000 nəfəri ötdü

Almaniyada koronavirusa yoluxanların sayı 95 000 nəfəri ötdü

Almaniyada koronavirusa yoluxma ilə təsdiq edilmiş halların sayı 95 391 nəfərə çatıb.

“Report” xəbər verir ki, bu barədə Robert Kox İnstitutu bildirib.

Məlumata görə, ölkədə ümumilikdə 1 434 nəfər pandemiyanın qurbanı olub.

Son sutka ərzində Almaniyada 3 677 virusa yeni yoluxma aşkarlanıb, ölənlərin sayı 92 nəfər təşkil edib.

Yoluxma hallarının ən böyük sayı Bavariyada (24 974) qeydə alınıb. Siyahıda sonrakı yerlərdə Baden-Vürtemberq (19 395) və Şimal Reyn-Vestfaliya (19 384) qərarlaşıb. Paytaxt Berlində xəstəliyə 3 670 yoluxma aşkarlanıb.

Koronavirus ilk dəfə ötən ilin sonlarında Çini Uhan şəhərində aşkarlanıb. Ümumdünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib.

Dünyada koronavirusa yoluxma hallarının sayı 1 133 758, ölənlərin sayı 62 784 nəfər təşkil edir.

Mənbə: report.az