Birləşmiş Ərəb Əmirliklərində koronavirusa yoluxanların sayı 1799-a çatdı

Birləşmiş Ərəb Əmirliklərində koronavirusa yoluxanların sayı 1799-a çatdı

Bakı. Trend:

BƏƏ-də yeni növ koronavirus ilə yoluxma hallarının ümumi sayı 1799-ə çatdı, 10 nəfər ölüb.

Trend-in məlumatına görə, bu barədə ölkənin səhiyyə nazirliyi xəbər yayıb.

Bildirilir ki, son sutka ərzində BƏƏ-də 294 yoluxma hadisəsi aşkarlanıb. Pandemiyanın başlanmasından 144 nəfər sağalıb.

Martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı COVID-19 infeksiyasının yayılmasını pandemiya elan edib. Təşkilatın son məlumatına görə, dünyada koronavirusa 1.13 milyondan çox yoluxma hadisəsi qeydə alınıb, 63 minə yaxın insan dünyasını dəyişib.

Mənbə: az.trend.az