Rusiyada atışma oldu, xəsarət alanlar var

Rusiyada silahlı insident baş verib.

“Report”un məlumatına görə, bu barədə TASS-a Səhiyyə Regional Departamentinin Mətbuat xidmətində bildirilib.

Məlumata görə, hadisə Tümen vilayətində qeydə alınıb. Maslova kəndində baş verən atışma nəticəsində 3 nəfər xəsarət alıb.

Yaralılardan biri xəstəxanaya yerləşdirilib, daha iki nəfər ambulator müalicə alıb.

Hadisənin təfərrüatı açıqlanmır.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Ermənistanda dövlət rəsmisi döyüldü

SONRAKI XƏBƏR

Bakıda bağ evindən 14 min manatlıq oğurluq olub