Rusiyanın bu vilayətində 2 qadın koronadan öldü

Rusiyanın bu vilayətində 2 qadın koronadan öldü

Rusiyanın Nijeqorod vilayətində 2 qadın koronavirusdan ölüb.

Axar.az xəbər verir ki, bu barədə regional idarənin mətbuat xidməti məlumat yayıb.

Dünyasını dəyişənlərin 80 və 83 yaşlı qadınlar olduğu bildirilib.

Sözügedən yaşlılar xüsusi risk qrupuna daxil idilər və onlarda şəkərli diabet, ürəyin işemik xəstəliyi, böyrək çatışmazlığı kimi xəstəliklər də var idi.

Qeyd edək ki, Rusiyada artıq 5389 koronaviruslu xəstə var.

Mənbə: axar.az