İstanbulun su anbarlarında doluluq dərəcəsi son 10 ildə ikinci dəfə ən aşağı səviyyəyə enib

İstanbulun su anbarlarında doluluq dərəcəsi son 10 ildə ikinci dəfə ən aşağı səviyyəyə enib

İstanbul, 6 aprel, AZƏRTAC

İstanbulun su anbarlarında doluluq dərəcəsi son 10 ildə ikinci dəfə ən aşağı səviyyəyə enərək, 65,13 faiz təşkil edib.

AZƏRTAC xəbər verir ki, mütəxəssislər bunu yaz aylarında yağıntının normadan aşağı olması ilə izah edirlər.

Bundan əlavə, hazırda dünyada bütün sahələrə öz təsirini göstərən COVID-19-la əlaqədar əhalinin evlərinə qapanması və suyun normadan artıq istifadəsi də bunun səbəblərindən biridir.

Əvvəlki illərdə İstanbulu su ilə təmin edən anbarlarda doluluq səviyyəsi 90 faiz olub.

Qeyd edək ki, son on ildə bu istiqamətdə ən aşağı səviyyə 2014-cü ildə 35,5 faiz olub.

Mənbə: azertag.az