Bakı sakini avtomobilində döyüldü

Bakı sakini avtomobilində döyüldü

Bakıda quldurluq hadisəsi baş verib.

"Report"un xəbərinə görə, hadisə aprelin 5-i saat 02:00 radələrində paytaxtın Qaraçuxur qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, qəsəbə sakini V.Ə-nin idarə etdiyi "VAZ-21015" markalı avtomobildə Əli və naməlum şəxs onu döyərək 25 manat dəyərində mobil telefonunu əlindən alıb, 40 manat dəyərində maqintafonu talayıblar. Həmin şəxslər V.Ə-nin 20 qutu siqaret gətirdikdən sonra əşyaları ona qaytaracağını bildiriblər.

Daha sonra V.Ə hüquq-mühafizə orqanları əməkdaşlarına müraciət ediblər.

Suraxanı Rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsi və 32-ci Polis Bölməsi və Çevik Polis Alayı əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, 1988-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş Ə.Məmiyev və 1989-cu il təvəllüdlü K.Bayramov müəyyən edilərək saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: report.az