Bakıda soyğunçuluqda şübhəli bilinən bir neçə şəxs saxlanılıb

Bakıda soyğunçuluqda şübhəli bilinən bir neçə şəxs saxlanılıb

Bakıda soyğunçuluqda şübhəli bilinən şəxslər saxlanılıb.

APA-nın məlumatına görə, aprelin 4-də paytaxtın Nərimanov rayonu Ağa Nemətulla küçəsində naməlum şəxslər şəhər sakini N. Zəkiyevin içərisində 420 manat olan pul kisəsini alaraq qaçıblar.

Nərimanov rayon Polis İdarəsi və 17-ci Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluqda şübhəli bilinən Ağstafa sakini, 1994-cü il təvəllüdlü E. Sadıqlı və Cəlilabad sakini 1995-ci il təvəllüdlü S. Mirzəyev saxlanılıb.

Araşdırma aparılır

Mənbə: apa.az