İraqda koronavirusdan ölənlərin sayı 61-ə çatdı

İraqda koronavirusdan ölənlərin sayı 61-ə çatdı

İraqda koronavirusdan ölənlərin sayı 61 nəfərə çatıb.

“Report” “Mehr”ə istinadən xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyi yayıb.

Hazırda virusa yoluxanların sayı 961 nəfərdir.

Qeyd edək ki, İraqda koronavirus ilk yoluxma faktı bu ilin fevralın sonunda aşkarlanıb.

Mənbə: report.az