Bakıda yol qəzası olub, ölən var

Bakıda yol qəzası olub, ölən var

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

"Report"un xəbərinə görə, hadisə aprelin 5-də paytaxtın Sabunçu rayon ərazisində qeydə alınıb.

Belə ki, Adil Budaqov idarə etdiyi "Opel Astra" markalı avtomobil qəza törədib. Nəticədə avtomobildə olan sərnişin, 1963-cü il təvəllüldü Elcavan Ağayev xəstəxanaya aparılıb və orada ölüb.

Faktla bağlı Cinayət Məcləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Mənbə: report.az