Qarabağda yaralanan erməni hərbi qulluqçu ilə bağlı DETALLAR

Qarabağda yaralanan erməni hərbi qulluqçu ilə bağlı DETALLAR

Aprelin 5-də Ermənistanın işğal altında olan Qarabağda yerləşdirdiyi hərbi hissələrin birindən təxribata cəh edərkən yaralanan erməni hərbi qulluqçu Arayik Şaxpazyan Lori vilayətinin Vanadzor şəhərindəndir. Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Vanadzor şəhərinin rəhbəri Mamikon Aslanyan hərbi qulluqçunun sağlamlıq vəziyyəti haqqında danışıb.
O bildirib ki, əsgərin sağlamlıq vəziyyəti nəzarət altındadır: “Həyatı təhlükə altında deyil. Hazırda Xankəndi şəhərindəki hərbi hospitalından İrəvana köçürülür.
Arayik Şaxpazyan ağciyər nahiyəsindən yaralanıb. Bildiyinə görə, valideynlərindən atası ölkədə deyil, başqa məlumatlarım yoxdur”, - deyə Aslanyan bildirib.
Qarabağdakı hərbi hospitalın işçisi də bildirib ki, Şaxpazyanı bu gün səhər İrəvanın “Muratsan” hospitalına köçürüblər.
“Hərbi qulluqçunun vəziyyəti orta ağırdır, sinə nahiyəsindən yaralanıb və həyatı təhlükə altında deyil”, - deyə o qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az

 

Mənbə: ordu.az