Fəzail Ağamalı Türkiyədə soyulmasından danışdı

Mən Türkiyədə pulumuzu oğurlayan taksi sürücüsündən şikayətçi olmamışam.

Bu sözləri Axar.az-a açıqlamasında Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı Türkiyədə taksi sürücüsü tərəfindən pulunun oğurlanması və sürücünün həbs edilməsi ilə bağlı “Sabah” qəzetinin yaydığı məlumatı şərh edərkən deyib.

F.Ağamalı bildirib ki, insidenti kimlərsə qəsdən indi gündəmə gətirib:

“Hadisə ötən ilin yayında, daha dəqiqi, iyul ayında baş verib. Aradan bu qədər müddət keçəndən sonra bu olayın sanki dünən baş verirmiş kimi təqdim edilməsi, insidentin tarixi haqda isə heç bir qeyd verilməməsi kimlərinsə bu mövzunu qəsdən gündəmə gətirməsi şübhəsinə əsas verir”.

Millət vəkili qeyd edib ki, oğurlanan pulunu geri qaytarıblar:

“Hadisə ilə əlaqədar Türkiyədə cinayət işi açıldı. İndi o iş bağlanıb. Mən sürücüdən heç şikayətçi də deyildim. Hər ölkənin özünün qanunu var. Şikayətim oldu-olmadı, cinayət baş verib. Buna görə də həmin şəxs cəzalanıb”.

Qeyd edək ki, ötən gün Türkiyənin “Sabah” qəzeti millət vəkili Fəzail Ağamalının İstanbulda qarət olunması ilə bağlı xəbər yaymışdı.

Axar.az

ƏVVƏLKİ XƏBƏR

Xalq artisti xəstəxanadan "qovuldu"

SONRAKI XƏBƏR

Qarabağda yaralanan erməni hərbi qulluqçu ilə bağlı DETALLAR